Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 286 596 nəfər olub.

Unikal.org xəbər verir ki, bu xəstələrdən 258 252 nəfəri vahid elektron registr sistemində qeydiyyata alınıb.

80 928 nəfər şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Hesabat ilində ilkin qeydiyyata alınanların sayı 29,6 min nəfər olub.

Həmin müddətin sonuna ölkə üzrə 1 957 uşaq şəkərli diabetlə qeydiyyata alınıb.