"El" gəlir
10:44 07-02-2013
İQTİSADİYYAT
Amma ünvanı deyəsən bəlli olmayacaq
Ziyalılar Forumu axırki qərarını açıqladı. Belə ki, 10 gündən sonra El hərəkatının yaradılması elan ediləcək. Həmçinin fəaliyyət proqramları ilə də bağlı açıqlama verdilər. Ziyalılar Forumunun fəaliyyətindən görünən budur ki, onlar əsasən iki istiqamətdə iş görməyə hazırlaşırlar. Bir tərəfdən beynəlxalq təşkilatların Azərbaycana maraqlarını artırmaq, hətta konkret dövlətlərin Azərbaycan hakimiyyətinə təzyiq etdirməsinə belə cəhd etmələri görünür.
Digər tərəfdən isə ölkədaxili siyasi proseslərə geniş formada müdaxilə etməyə hazırlaşırlar. Gəlin məsələlərə ardıcıllıqla baxaq. İlk növbədə beynəlxalq təşkilatlar və kənar dövlətlərlə görmək istədikləri işə baxaq. Müşahidəçilər bildirir ki, Ziyalılar Forumu, istərsədə yaradılmaqda olan El hərəkatı beynəlxalq güclər tərəfindən birmənalı qarşılanmayacaq. Ən azı ona görə ki, bu qurumlar qərbyönümlü deyil və bu təşkilatların yaradılmasında və idarə olunmasında Rusiyanın izi var. Hətta artıq bunu açıq şəkildə nümayiş etdirənlərdə var. Bu baxımdan tutalım Avropa Şurası və ya hansısa qərb dövləti onlarla əməkdaşlığa o qədərdə maraq göstərməyəcəklər. Həm də bunu da qeyd etmək lazımdır ki, bunlardan fərqli olaraq bu gün Azərbaycan hakimiyyəti qərbə daha yaxındır və bunu nümayiş etdirməkdən çəkinmirlər. Məsələn, bir müddət öncə İlham Əliyev açıqlama verərək dedi ki, Azərbaycan heç bir halda Avrasiya ittifaqına qoşulmayacaq. Qeyd edək ki, Rusiyanın yaratmaq istədiyi bu ittifaq keçmiş sovetlər birliyini əvəzləmək iddiasındadır və hələ ki, buna sərt təpki göstərən yalnız Azərbaycandır. Bu isə Avropanın maraqlarına cavab verir. Bundan başqa mövcud hakimiyyət TANAP kimi iri bir layihəyə razılıq verməsi də unudulmamalıdır. Bütün bunların fövqündə qərbin Rusiyanın əli ilə yaradılan bir təşkilata inam göstərməsi mümkünsüzdür. İndi isə gəlin məsələnin ikinci tərəfinə baxaq. Yeni hərəkat nə qədər ictimailəşə bilər və ölkədaxili siyasi proseslərə təsir göstərə bilərmi? Aparılan araşdırmalar sübut edir ki, yeni qurum heç də ictimailəşə bilməyəcək. Çünki ətrafında konkret sosial baza yoxdur və olmasıda mümkün deyil. Belə ki, Ziyalılar Forumu yeni yarananda əlavə sosial baza əldə edəcəyini bildirmişdi. Amma görülən işlər səmərə vermədi və demək olar ki, 20-30 ziyalıdan başqa kimsə gözə dəymədi. Bunu da qeyd edək ki, bu ziyalılardan biri də Əkrəm Əylisli idi. Onun son əsəri isə cəmiyyətdə nifrətlə qarşılandı və insanların Ziyalılar Forumuna olan az-maz rəğbəti də bununla dəfn olundu. Hətta hazırda Ziyalılar Forumu cəmiyyətdən təcrid olunmuş vəziyyətdədir. Belə olan halda yeni hərəkatın yaradılması və sosial baza əldə etməsi inandırıcı deyil. Bunu da qeyd edək ki, öncələr siyasi partiyalar Ziyalılar Forumu ilə əməkdaşlığa maraq göstərirdilərsə indi bu həvəs də aradan qalxıb. Belə olan halda El hərəkatından nə isə gözləməyə dəyməz. Başqa maraqlı bir detal isə budur ki, yeni hərəkat yaradanlardan yalnız Eldar Namazov siyasiləşmiş şəxsdir. Yerdə qalanlar isə ya öncələr bu hakimiyyətdə təmsil olunub sonra vurulanlardır ya da siyasətdən hər zaman kənarda duran şəxslərdir. Onların birdən-birə meydana çıxıb, siyasi iradə nümayiş etdirmələri isə mümkünsüzdür və heç bir siyasi partiya onların liderliyini qəbul etməyəcək. Çünki siyasi partiyalar artıq prezidentliyə öz namizədlərini müəyyənləşdirirlər və işlərini də bu istiqamətdə qururlar. Belə olan halda siyasi qüvvələr fəaliyyətlərini parçalayıb həm də El hərəkatının yaradılmasına həsr etməyəcəklər.Elə siysi partiyaların hazırda onlara yanaşmasıda bunu təsdiqləyir. Ekspertlər hesab edir ki, yeni hərəkat uzaqbaşı AXCP-in bir filialına çevriləcək və ümumilikdə müxalifət tərəfindən qəbul olunmayacaq. Başqa bir məqam isə budur ki, yeni hərəkatın əsas siması Rüstəm İbrahimbəyovdursa, o da artıq oyundan müxtəlif səfərlər etməklə çıxmaq üzrədir. Belə olan halda yeni nə isə gözləməyə dəyməz.
Beləliklə aydın olur ki, ölkədə üçüncü qüvvə olmağa iddialı görünən El hərəkatı əslində qüvvəyə çevrilə bilməyəcək və yaxın vaxtlarda bu təşkilatında sıradan bir təşkilat olmasının şahidinə çevriləcəyik.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00