Goranboy rayonunda xalasıgilə qonaq gələn şəxs intihar edib.
Unikal.org "Report"a stinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Tərtər rayonundan Goranboya xalası evinə qonaq gələn 2003-cü il təvəllüdlü Zəhra İsmayılova özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.