Tovuz rayonunda avtomobil bir neçə mal-qaranı vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə Xatınlı kəndində qeydə alınıb. "Lada Priora” markalı avtomobil kənd yolunda olan bir neçə baş iribuynuzlu heyvanı vuraraq öldürüb. Hadisə nəticəsində mal-qara sahibinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(report.az)