15 yaşlı Kürdəmir sakini asaraq intihar edib.

Unikal.org xəbər verir ki, hadisə Çöhranlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2006-cı il təvəllüdlü Mərdanova Yavər Ülfət qızı özünü yaşadığı evin həyətindəki damında asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.