Azərbaycanda daha bir intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Xaçmaz sakini 1957-ci il təvəllüdlü Sabir Xalid oğlu Qasımov özünü yaşadığı evin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Qeyd edək ki, mərhumun 3 qızı, 1 oğlu var. Faktla bağlı araşdırma aparılır.