Mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Abşeron rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.