Siyəzəndə 27 yaşlı gəlin özünü asıb.

Unikal.org xəbər verir ki, hadisə Siyəzənin Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Nuranə Şıxəli qızı Səfərəliyeva yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Hadisə yerinə Siyəzən rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub.

Bildirilir ki, mərhumun 1  azyaşlı qızı var.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Gənc gəlinin özünü öldürmə səbəbi hələlik məlum deyil.(modern.az)