Tibbi-ekspertiza mərkəzinin Abovyan bölməsinin zirzəmisində döşəməyə atılmış 44 cəsədin qalıqları bir neçə gün əvvəl Metsamor morqundan və xüsusi soyuducu maşınlardan daşınıb.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan yerli mediaya verdiyi açıqlamasında bildirib.
O, hazırda ortada DNT analizi aparılması mümkün olmayan 50 cəsəd qalığının qaldığını bildirib.
"149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğunlaşmayıb. “Hərbi əsir”lərin yaxınlarının əksəriyyəti deyir ki, gəlin, məsələni siyasiləşdirməyək. Valideynlər Nikol Paşinyandan hesabat tələb etmək əvəzinə tibb bacılarını (Morq işçilərini nəzərdə tutur-red.) acılayırlar. Bu faciədə günahkar yalnız odur. Başqa günahkarlar axtarmağa ehtiyac yoxdur",- deyə erməni deputat bildirib.