Bakının Yasamal rayonunda güclü yanğın baş verib.  

Unikal.org  xəbər verir ki, hadisə  sosial evlərin həyətindəki "Bazarstore" mağazasında qeydə alınıb.

Yanğın yerinə  FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürən briqadası cəlb edilib. Hadisənin baş vermə  səbəbi araşdırılır.