Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb. O, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.

Bakı Sağlamlıq Mərkəzindən (BSM) Unikal.org-a verilən məlumata görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev həkimlər tərəfindən əməliyyat olunub.

Bildirilib ki, o üst- çənə, burun  və sağ diz qapağından əməliyyat olunub. Hazırda özünü yaxşı hiss edir, səhhəti normaldır.

Gülayə Mecid