Meksikanın şimalında, Koauila ştatının Muskis bölgəsində yerləşən bir mədəndə torpaq qatı çöküb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, azı yeddi nəfər dağıntılar altında qalıb.
Rəsmi şəxslər hadisə yerində axtarış-xilasetmə işlərinə başlayıblar. Hadisənin səbəbinin mədənə suyun dolması hesab olunur.