Əkrəm Əylisli “Xalq yazıçısı” adından mərhum edildi
12:59 08-02-2013
İQTİSADİYYAT
Əkrəm Əylisli “Xalq yazıçısı” adından mərhum edildi
Prezidentdən xalqın istəyinə dəstək
Son günlər Əkrəm Əylislinin “Daş yuxular” əsəri cəmiyyətdə ciddi narahatçılıq yaratdı və bu əsərdə bütövlükdə Azərbaycanlıların və Azərbaycanın aşağılanması xəyanət kimi dəyərləndirildi. Demək olar ki, ölkənin bütün təbəqələrindən yazıçının bu əsərinə etirazlar bildirildi. Bu gün isə prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarına cavab verən addım atdı. Belə ki, prezident İlham Əliyev Əkrəm Əylislinin Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.
Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:
1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.
2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin”.
Prezident İ. Əliyev Ə. Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə də sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6, maddə 349) 1-ci hissəsinin “Naibov Əkrəm Nəcəf oğlu” bəndi ləğv edilsin”.
Cəmiyyətin tanınmış simaları, ziyalılar ,elm mərkəzləri prezidentin bu addımını , xalqın hissiyatına hörmətlə yanaşma kimi dəyərləndirib və bu təhqirə layiqli cavab kimi dəyərləndiriblər. Bu arada hakim YAP-dan da prezidentin bu addımına dəstəkləyici reaksiya gəlib. "Azərbaycan xalqının mədəniyyətinin inkişafında əməyi olan insanlara Azərbaycan Prezidenti tərəfindən müxtəlif adlar, titullar verilir. Bu cür adlar verilən adamlar öz fəaliyyətində xalqına, millətinə xidmət göstərməlidir. Amma Əkrəm Əylisli ona göstərilən etimadı doğrultmadı, özünun yazdığı "Daş yuxular" "əsərində" Azərbaycan tarixini təhrif etdi", - bunu Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsinə dair sərəncamlarını şərh edərkən YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
Qurbanlı bildirib ki, Əkrəm Əylisli bu "əsəri" ilə Azərbaycan xalqını aşağılatdı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yanlış erməni versiyasını bir daha bədii obrazlar qismində ifadə etdi.
"Həmçinin, Əkrəm Əylisli ermənilərin Azərbaycana ərazi iddialarını yenə də özünün yaratdığı bədii obrazın dili ilə təsdiq etdi. Bütün yazdığı, üzə çıxardığı, rus dilində nəşr etdirdiyi "Daş yuxular" əsərində Azərbaycanın bütün tarixi keçmişini təhrif etdi, düşmən, təcavüzkar Ermənistana, Xocalı faciəsini törədən ermənilərə, 250 mindən çox azərbaycanlını öz doğma yurdlarından, tarixi Qərbi Azərbaycandan çıxaran ermənilərə, 1 milyondan artıq azərbaycanlının qaçqın düşməsinə bais olan millətçi ermənilərə bəraət qazandırdı, dinimizi aşağıladı, erməni kilsəsi olmayan Əylis kəndində erməni kilsələrinin olması haqqında yanlış fikirlər yazdı", - Qurbanlı bildirib.
Informasiya şöbəsi
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00