Rusiyanda Pedaqoji İnstitutun 17 yaşlı tələbəsi imtahan zamanı vəfat edib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə institutun Stavropol Diyarındakı filialında qeydə alınıb.

Stavropolun qubernatoru Vladimir Vladimirov bununla bağlı instaqram səhifəsində paylaşım edib.

O, tələbənin ölümünün ​​ilkin məlumata görə, təbii səbəblərdən baş verdiyini qeyd edib. Əlavə edib ki, ölüm səbəbinin ətraflı müəyyənləşdirilməsi üçün lazımi tədbirlər görülür, vəziyyət nəzarət altındadır: “Tələbənin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Ailəsinə lazımi bütün yardımlar ediləcək”.