İranın İlam əyalətində zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, 5.2 bal gücündə baş verən zəlzələ İlam əyalətinin Salehabad qəsəbəsində qeydə alınıb.

Yerli vaxtla saat 09:24-də yerin 9 km dərinliyində baş verən zəlzələ nəticəsində dağıntılar və yaralılar barədə hələlik məlumat verilməyib.