Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında yerlibazlıq, “dedovşina” və digər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlər səngimək bilmir.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, bu yaxınlarda Ermənistanın Kirovakan rayonundan xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyan ”dedovşina”nın növbəti qurbanı olub. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb. O, yenidən təhqirlərə məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib və ciddi xəsarətlər almasına baxmayarq, döyülən hərbçi tibb müəssisəsinə yerləşdirilməyib.

Fakt hüquq-mühafizə orqanlarından gizlədilib.