Ukrayna Prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.

Unikal.org yerli KİV-ə istinadən bildirir ki, Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

"Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur", - deyə Zelenski İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna lideri bir il bundan əvvəl də oxşar görüş keçirmişdi. Prezident və media işçiləri birgə velosiped sürmüşdülər.