Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində polis komissarı Seyfurraman Dihzad və 14 təhlükəsizlik işçisi ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Faryab vilayətinin yerli şurasının üzvü Ak Məhəmməd Nuri bildirib. Onun sözlərinə görə, hadisə Fəryab əyalətinin Qaysar rayonunda baş verib.
Belə ki, Taliban nümayəndələri rayon mərkəzindəki polis bölməsinin yaxınlığında avtomobili partladıblar, sonra silahlı hücum təşkil edilib. Nəticədə 37 polis əməkdaşı əsir götürülüb.