Burkina-Fasonun şimal-şərqində yerləşən Solhan kəndində terror hücumu nəticəsində ölən dinc sakinlərin sayı 160 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə səlahiyyətliləri bildirib.
Qeyd olunub ki, terrorçu qruplar kənddəki evləri və bazarı yandırıblar. Hücumla əlaqədar ölkədə üç günlük matəm elan edilib. Ölənlər arasında uşaqlar və qadınlar da var.
Bundan əvvəl 138 nəfərin həlak olması barədə məlumat yayılmışdı.