Türkiyədə Nevşehir Bələdiyyəsi tərəfindən Şəfa Köprülü Qovşağında Türkiyə-Azərbaycan Qardaşlıq Abidəsi ucaldılıb.

Unikal.org  xəbər verir ki, qovşaqdakı abidə 11 kvadrat metr ərazini əhatə edir və 6 metr hündürlüyə malikdir.

Abidə Türkiyə və Azərbaycan xalqlarının uzun illərdir davam edən qardaşlıq və dostluğunun simvloizə edilib, bir tərəfində ay-ulduzlu Türkiyə bayrağı, digər tərəfində isə Azərbaycan bayrağı daş üstündə işlənilib.