ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.
Unikal.org xəbər verir ki, bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders bildirib.
O bildirib ki, təyyarə Endryus hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək.
“Bu texniki problemdir. Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur".