İsraildə qapalı məkanlarda maska taxmaq məcburiyyəti ləğv olunur.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yuli Edelşteyn bildirib.
Onun sözlərinə görə, gündəlik koronavirus statistikası hazırki səviyyədə qalmaqda davam edərsə, iyunun 15-dən etibarən qapalı məkanlarda da tibbi maskalardan istifadə etməyə ehtiyac qalmayacaq və bu məcburiyyət ləğv olunacaq.
Qeyd edək ki, İsrail vaksinasiya templərinə görə dünyada birinciliyini qoruyub saxlayır.