"Paşinyanın yerinə olsaydım, özümü güllələyərdim".
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Cermukda seçicilərlə görüşündə əsgər ölümləri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Nikolun azca ləyaqəti olsaydı, intihar etməli idi.
"Əgər mən ali baş komandan olsaydım və belə bir vəziyyət yaransaydı, sadəcə özümü vurardım. Belə həyat kimə lazımdır?", - sabiq prezident deyib.
O, həmçinin də, Paşinyanın 5 min hərbçinin, eyni zamanda koronavirus səbəbiylə 5 min insanın həyatına görə məsuliyyət daşıdığını söyləyib.