Rusiyanın paytaxtı Moskvada dəhşətli hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, gənc cütlüyün 21 aylıq körpəsi 14-cü mərtəbədən düşərək, həyatını itirib. Belə ki, 21 yaşlı ana övladını pəncərənin yanındakı yatağa qoyaraq, otağı tərk edib. Geri qayıdan zaman isə körpəni çarpayıda görməyib. Evdə uşağını axtaran ana dəhşətli xəbəri eşidib. Qonşular ona körpəsinin ölüm xəbərini çatdırıblar.
Körpənin cansız cəsədi tibbi ekspertizaya göndərilib.