ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müzakirə ediləcək məsələlər açıqlanıb.
Unikal.org xəbər verir ki, Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iki ölkə liderinin görüşündə Qarabağ, Suriya, İran və Əfqanıstan mövzularının diqqət mərkəzində olacağını bildirib.
Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.