Rusiya doqquz kanadalı rəsmi şəxsin ölkəyə girişinə qadağa qoyub.
 
Unikal.org xəbər verir ki, bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yazılı açıqlama yayıb.
 
O bildirib ki, qadağa həmin şəxslərin Rusiyaya qarşı münasibətin formalaşması və tətbiqindəki rollarına görə qoyulub:
 
“Kanada administrasiyası müxtəlif səviyyələrdə Rusiyaya qarşı təşəbbüsləri dəstəkləyir. Ottava Ukrayna və Baltikyanı ölkələrin Rusiyaya qarşı əsassız ittihamlarına dəstək verir, Rusiyanın daxili işlərinə qarışmağa təşəbbüs göstərir”.
 
Zaxarova əlavə edib ki, sözügedən qərar Kanadanın martın 24-də qəbul etdiyi sanksiya qərarına cavabdır.
 
Rusiyanın sanksiya tətbiq etdiyi kanadalı rəsmilərin siyahısı belədir:
 
Ədliyyə naziri və baş prokuror Devid Lametti
Federal Penitensiar Xidmət rəisi Anne Kelli
Atlı Polis komissarı Brenda Laki
Prezident Administrasiyası Daxili siyasət idarəçiliyi rəhbəri Marsi Sarkes
Regional əlaqələr naziri Dominik LeBlank
Milli müdafiə nazirinin müavini Codi Tomas
Baş qərargah rəisinin müaavini Mayk Roula
Atlı Polis komissarının müavini Brian Brennan
Silahlı Qüvvələr Təhlükəsizlik rəhbəri Skott Bişop.