Pakistanın Hayber Pahtunhva əyalətində avtobus çaya düşüb.
Unikal.org xəbər verir ki, 17 nəfər sərnişindən ibarət olan avtobusdan yalnız bir nəfərin cəsədi çıxarılıb. Hadisə yerinə gələn axtarış-xilasetmə işçiləri digər 16 nəfərin itkin düşdüyünü bildiriblər. Səlahiyyətli şəxslər itkin düşən sərnişinlərin çay axınına düşərək öldüyünü təxmin edirlər.
Bölgədə axtarış qurtarma işləri davam edir.