Cənubi Afrikanın Qautenq əyalətində yaşayan 37 yaşlı hamilə qadın dünya rekordu qırıb.
Unikal.org xəbər verir ki, Qosima Tamara adlı qadın bir dəfəyə 10 uşaq dünyaya gətirib. Belə ki, sancıları tutan qadın təcili xəstəxanaya çatdırılıb. O, 7 oğlan və 3 qız olmaqla 10 uşaq dünyaya gətirib.
Qadın və həyat yoldaşı 5 uşaq gözlədiklərini, lakin bunun Tanrının bir hədiyyəsi olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Malili qadın 9 uşaq dünyaya gətirmişdi.