ABŞ Prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.
Unikal.org xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, indiyədək 500-600 jurnalist akkreditasiya olunub, hazırda yeni müraciətlərə baxılır. KİV nümayəndələrinin qeydiyyatı iyunun 11-dək davam edəcək.
Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.