İyunun 17-də ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin dördüncü turunun oyunları keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov dördüncü turda Çexiya təmsilçisi David Navara ilə üz-üzə gəlib. Ağ fiqurlarla mübarizə aparan şahmatçımız növbəti qələbəsini qazanıb.
Turun digər oyunları - Polşa təmsilçiləri Yan-Kşıştof Duda Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen, Radoslav Voytaşek ABŞ təmsilçisi Sem Şenkland, niderlandlı Jorden Van Forest isveçli Nils Qrandelius qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Turnir cədvəlində 3 xalla S.Şenkland və N.Abasov birinci və ikinci yerləri bölüşürlər. Turnir 7 turdan ibarətdir.