Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına çarter relsi ilə yollanmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. 

Onun sözlərinə görə, yığmamız müstəqillik illərində ilk dəfə ayrı-ayrı qruplarla Yaponiya paytaxtına yollanacaq. Hüseynzadə bunu koronavirus pandemiyası və təşkilatçı ölkənin tələbi ilə əlaqələndirib: “Biz buna nəzarət edə bilmərik. Yol ərzində komandaların nümayəndələri, məşqçiləri diqqətli olmalıdırlar. Aeroportu dəyişən anda özləri də hiss etmədən kimləsə təmasda ola bilərlər. Belədə Tokioya çatdığı zaman testi pozitiv çıxa bilər. Test bu gün müsbət, sabah mənfi çıxa bilər. Amma idmançı yarışı artıq tərk etməli olacaq”.