“Quru Qüvvələrimiz vətənimizin, hüdudlarımızın və nəcib millətimizin təhlükəsizliyinə yönələn hər cür təhdid və təhlükəyə qarşı yurdumuzda və sərhədlərimizdən kənarda əzm və qərarlılıqla mübarizə aparıb, aparmaqdadır”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Quru Qüvvələrinin yaradılmasının 2230-cu ili münasibətilə Türkiyə Ordusuna ünvanladığı təbrik mətnində deyib.
“Quru Qüvvələrimiz pandemiya şərtlərinə rəğmən, BMT, NATO, ATƏT, Avropa İttifaqı bazasında və ikitərəfli müqavilələr çərçivəsində Əfqanıstan, Kosova, Bosniya Herseqovina, Azərbaycan, Liviya, Qətər, Somali kimi bir çox coğrafiyada regional, qlobal sülh və sabitliyə də böyük töhfə verib”, - nazir qeyd edib.