Covid-19 məlumatlarının tərtib olunduğu "Worldometers" saytının verdiyi məlumata görə, qitədə virusdan ölənlərin sayı 135 min 421-ə yüksəldi.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanların sayı 5 milyon 108 min 33 olarkən, sağalanların sayı 4 milyon 560 min 737-yə çatıb.
Qitədə ən çox xəstəlik Cənubi Afrika Respublikası, Fas, Tunis, Efiopiya, Misir və Liviyada aşkar edilib.
Virus səbəbindən ən çox ölüm Cənubi Afrika Respublikası, Misir və Tunisdə qeydə alınıb.