Türkiyənin Muğla vilayətində davam edən meşə yanğını nəticəsində bir nəfər həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə qardaş ölkənin Meşələr Baş İdarəsindən bildirilib. Həlak olan şəxs bu qurumun əməkdaşıdır.
Eyni anda iki ərazidən başlayan yanğın qısa zaman ərzində geniş bölgəni əhatə edib. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın və helikopter cəlb olunub. Alovlar yaşayış yerlərinə yaxın ərazilərə də sıçrayıb. Bölgədə qatı tüstü müşahidə edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.