Türkiyənin Tekirdağ şəhərində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 13 yaşlı qız 56 yaşlı İ. O ögey anasına bıçaq zərbəsi yetirərək, həyatına son qoyub. Belə ki, ögey ana və qız arasında münaqişə yaranıb. Bundan sonnra azyaşlı qız masanın üzərində olan bıçaqla qadına qarın nahiyəsində dəfələrlə bıçaq zərbəsi yetirib. Nəticədə qadın qanaxmadan həyatını itirib. Qız isə hadisəni törətdikdən sonra evdən qaçıb.
Polislər onu qısa zamanda saxlayıblar. Faktla bağlı araşdırma aparılır.