Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən etibarən ölkədə koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı açıqlama yayıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata əsasən iyulun 1-dən bütün iş yerləri açılacaq. Eyni zamanda kinoteatrların fəaliyyəti bərapa olunacaq.
Kafe, restoranlarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq. Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan COVID-19-la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.
Parklar, bağçalar, düşərgələr, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq. Qəlyan istifadə edilən kafelərlə bağlı qadağa isə qüvvədə qalır.