Hindistanın paytaxtı Dehlidə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin məhdudiyyətləri azaldılır.
Unikal.org xəbər verir ki, bu barədə "The Print" nəşri məlumat yayıb. Dehli rəhbərliyi şənbə günündən insanlara banketlərə, idman salonları və yoqa mərkəzlərinə getməyə icazə verib.
Ziyafət otaqlarında, şadlıq saraylarında və otellərdə 50 nəfərdən çox olmayaraq toyların keçirilməsi artıq mümkün olacaq. Nikah mərasimləri isə məhkəmələrdə və ya şəxsi evlərində sərt karantin məhdudiyyətləri daxilində ən çox 20 nəfərin iştirakı ilə keçirilə biləcək.
Qeyd edilir ki, karantin məhdudiyyətlərinin yumşaldılması bazar ertəsi qüvvəyə minəcək.