Banqladeşin paytaxtı Dəkkədə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 52-i yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayış binanın birinci mərtəbəsində baş verib.

Partlayışın nədən qaynaqladığı dəqiq bəlli olmasa da, ilkin ehtimal olaraq qaz sızması versiyası irəli sürülür.