Livanın şimalında - Tripolidə baş verən etiraz nəticəsində bir neçə nümayişçi və 10 əsgər yaralanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etiraz iqtisadi böhranın kəskinləşməsindən qaynaqlanıb.
Bildirilir ki, motosiklli üsyançılar Tripolidə əsgərlərə səs bombası atıb və nəticədə 10 hərbçi yaralanıb.
Etirazçılar şəhərdəki bir neçə dövlət idarəsinə də hücum ediblər.