Qayananın Demerara çayı yaxınlığında tankerin yanacaq çənində partlayış baş verib.

Unikal.org EFE agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb.

Bildirilib ki, tanker təmir üçün tərsanəyə yan alıb. Yanacaq çənləri boşaldılarkən partlayış olub.

İlkin məlumata görə, hadisəyə təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Partlayış zamanı xəsarət alan olmayıb.