Flora Kərimova açdı ağzını, yumdu gözünü
12:42 11-02-2013
ŞOU
“Lüt bədənlə Türkiyəni hayıl-mayıl edəcəklər?”
Xalq artisti Flora Kərimova Publika.Az-a Türkiyə şou-biznesinə qatılan müğənniləri yıxıb-sürüyüb.
“Təki bizim müğənnilərimiz gedib Türkiyədə ad-san qazansınlar, amma belə deyil. Türklər heç vaxt öz çevrələrinə bizimkiləri yaxın buraxmazlar. Müğənnilərimiz burda qazandıqları pulları aparıb Türkiyədə kimlərəsə yedizdirirlər. Pullarını yeyib, sonra da bir dəfə efirə çıxararlar, ya klip çəkib, üstümüzə qaytarırlar. Əslində türkləri sənət və ağılla heyrətləndirmək lazımdır. Gedib soyunub lüt bədənlə 70 milyonluq əhalini hayıl-mayıl edəcəklər? Xeyr, ona qalsa, türklər lüt bədənmi görməyiblər?
Bir də görürsən, hansısa bir qonaqlıqda müsahibələr verirlər ki, türk şou-biznesinə qatılmaqda həyat yoldaşım, sevgilim dəstək verib və s. Yalandır, Türkiyə şou-biznesinə qatılmaq asan məsələ deyil”.
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00