Kolumbiya prezidenti İvan Duqueya edilən sui-qəsd hücumundan sonra hökumət cinayəti törətməkdə təqsirli bilinən şəxslərin axtarışına başlayıb.
Unikal.org xəbər verir ki, prezidentə edilən sui-qəsdin kim olduğunu xəbər edənlərə 3 milyon peso (796 min dollar) mükafat verəcəklər. Bu barədə ölkənin Müdafiə naziri Diego Molano məlumat yayıb.
Qeyd edək ki, prezidenti daşıyan helikopter cümə günü atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, ölkə rəhbərinə edilən sui-qəsdin təşkil edənlər axtarışa verilib.