İsveç iyulun 1-dən etibarən pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin ləğvinin növbəti mərhələsinə keçəcək.
Unikal.org xəbər verir ki, bu barədə yerli media yazıb. Baş nazir səlahiyyətlərini icra edən Lena Halengen deyib ki, cümə axşamından etibarən ölkədə həyat pandemiyadan əvvəlki kimi olacaq.
İsveç bar və restoranların erkən saatlarda bağlanması tələbini də ləğv edəcək.