Son zamanlar mediadan uzaq həyat tərzi  keçirən KXDR  lideri  Kim Çen In dövlət televiziyasına müsahibə  verib. 

Unikal.org xəbər verir ki, müsahibədə koronavirusun ölkələrindən yan keçməsi və  iqtisadi  inkişafa doğru  atılan addımlardan danışan  Kimin dəyişimi  gözdən qaçmayıb. Belə  ki, KXDR liderinin arıqlaması  onun xəstə  olmasını  bir daha sübut edib. 

Koreyalılar Inın dəhşətli dərəcədə  arıqlamasına görə  kədərlərini  bildiriblər. Kim Çen Inın  arıqlaması  və  mətbuatdan uzaq gəzməsi  onu  səhhətində  sağlamlıq probleminin olduğunu bir  daha vurğulayıb.