Gürcüstanda son sutkada daha 1 194 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 678 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 365 068 nəfərdə aşkarlanıb. Onların 351 144-ü sağalıb, 5 297-si vəfat edib.
Ötən 24 saat ərzində 30 minə yaxın test yoxlaması aparılıb.