Kosta-Rikada yerləşən aktiv Rinkon de la Vieja vulkanı püskürüb.
Unikal.org xəbər verir ki, təxminən 3 dəqiqə davam edən partlayışda tüstü təxminən 2 kilometr yüksəkliyə çatıb. Bölgədə təxliyyə xəbərdarlığı olmasa da, Fövqəladə İdarəetmə Komissiyası vəziyyəti qiymətləndirmək üçün qrup göndərib.
Qeyd edək ki, Kosta-Rikada 5 aktiv vulkan var.