Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə görüşəcək.

Unikal.org xəbər verir ki, iyunun 30-da N. Nazarbayev Rusiyaya işgüzar səfərə gələcək.

V. Putin N. Nazarbayevlə Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin gələcək inkişafını, Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləməsini, eləcə də bir sıra aktual beynəlxalq mövzuları müzakirə etməyi planlaşdırırlar.