Yunan polisi Pablo Pikasso və Piet Mondrianın 2012-ci ildə Milli Qalereyadan oğurlanan rəsmlərini tapıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, oğurluqda şübhəli bilinən şəxs tutulub. Onun 49 yaşlı yunan olduğu və əsərləri qara bazarda satmaq üçün xaricə aparmaq istədiyi bildirilir.
Xatırladaq ki, Pikassonun "Qadının Başı" və Mondrianın "Yel dəyirmanı" tabloları qalereya əsaslı təmirə bağlanmamışdan bir gün əvvəl, 2012-ci ilin yanvarında oğurlanmışdı və hadisəyə "əsrin oğurluğu" deyilirdi.