Cənubi Afrika ölkəsi Esvatinidə gündəm yaradan olay baş verib.
Unikal.org xəbər verir ki, "ABC News", Kral Msvatinin gecə demokratiya tərəfdarı olan nümayişçilərin Matsapha şəhərində "OK Foods" mağazalar şəbəkəsinin filiallarını yandırmasından sonra ölkəni tərk etdiyini bildirib.
Hesabatda Kralın hara getdiyi barədə məlumat paylaşılmayıb. Belə ki, ölkədə yaranan nümayişlərdən qaçan ölkə rəhbərinin axtarışı davam edir.