Aprel ayında Qırğızıstan və Tacikistan sərhədindəki qarşıdurmalardan sonra iki ölkə liderləri ilk dəfə görüşüblər.
Unikal.org xəbər verir ki, Qırğızıstan Prezidentinin Mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Prezident Sadir Japarov rəsmi ziyarətə getdiyi Tacikistanın paytaxtı Düşənbədə Prezident İmamali Rəhman ilə görüşüb.
Tacikistanın Caparovun ölkəyə rəsmi səfərinə böyük əhəmiyyət verdiyini bildirən Rəhman, "Tacikistan və Qırğızıstan çoxtərəfli konstruktiv qarşılıqlı əlaqədədirlər, münasibətlərimizin bütün spektrinin vəziyyəti və gözləntiləri barədə sizinlə danışmağa hazırıq" ,- deyə ifadə işlədib.